Azərbaycan kubokunun final matçının vaxtı açıqlandı

15:01 17.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan kubokunun final oyununun vaxtı açıqlanıb.

 

Hafta.az PFL-in saytına istinadən xəbər verir ki, mayın 24-də keçiriləcək həlledici matçın başlama vaxtı dəqiqləşib.

 

“Keşlə” və “Sumqayıt” arasında görüş saat 19:30 başlayacaq. Qarşılaşma “Bank Respublika Arena”da təşkil olunacaq. Qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.